Səbuhi Xanlarov həbs olundu

Bloger Səbuhi Xanlarov həbs olunub.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyindən təsdiqlənib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, Səbuhi Xanlarovun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq olunub. Bloger barəsində 15 sutka müddətinə inzibati həbs qərarı verilib.