“Seçicilər onların problemlərinə biganə olduğumuzu düşünürlər” – Millət vəkili

“Eyni zamanda, icra strukturları da bizim qaldırdığımız məsələlərə yetərincə diqqətlə yanaşmırlar”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Fərəc Quliyev səsləndirib:

“Deputatların çıxışlarının televiziyalarda geniş işıqlandırılmasına ehtiyac var. Bunun üçün ya dövlət televiziyasında “Parlament saatı” ayrılsın, ya da Parlament TV yaradılsın.

Mən demirəm ki, iclaslar canlı yayımlansın, amma deputatların çıxışlarının işıqlandırılması lazımdır, xalq görsün ki, biz parlamentdə onların problemlərini qaldırırıq. Yoxsa seçicilərdə belə rəy yaranıb ki, biz onların problemlərinə biganəyik.

Eyni zamanda, icra strukturları da bizim qaldırdığımız məsələlərə yetərincə diqqətlə yanaşmırlar. Ancaq bunun da günahını Milli Məclisdə görürlər. Bizim çıxışlarımız geniş işıqlandırılsa, icra strukturları ilə koordinasiya qurularsa, xalqın da həmin mövqeyi müsbətə doğru dəyişər”.

COP29