Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Seçicilər Ülvi Quliyevi izdihamla qarşıladı - FOTO

Reklam: Sinerji Pro

Milli Məclis seçkilərinə 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev Şərifzadə küçəsində seçicilərlə görüş keçirib.

İzdihamlı keçən görüşdə Yasamal rayon Ağsaqqalar Şurasının sədri Cavanşir Qurbanov, rayon ağsaqqalları, rayonun hörmətli ziyalıları, şəhid ailəsi, idman ictimaiyyətinin nümayəndələri, həmçinin, gənc seçicilər iştirak ediblər.

Görüşü açıq elan edən Xalq artisti Nurəddin Mehdixanlı Ülvi Quliyevin insani keyfiyyətlərindən, onun insanlara diqqətindən, seçicilərinə olan rəğbətindən bəhs edib. Professor, kulturoloq Fuad Məmmədov isə öz növbəsində, Ü.Quliyevin intellektual baxışından, gənc nəslə dəstəyindən, sağlam gənclərin yetişməsində Ülvi Quliyevin rolundan danışıb. Professor bu məsuliyyətli vəzifədə namizədə uğurlar diləyib.

İdmançılar adından çıxış edən tanınmış simalar çıxışlarında onun bir idmançı, savadlı insan kimi Milli Məclisdə məhz idman ictimaiyyətini təmsil etməsindən qürur hissi duyduqlarını, bu seçkidə də ona səslərini verəcəklərini deyiblər.

Seçicilər qarşısında hesabat xarakterli çıxış edən Ülvi Quliyev Parlamentdə beş illik fəaliyyəti müddətində qanunvericilik və təmsilçiliklə bağlı gördüyü işlərdən danışıb. Həmçinin, 2 fevral Gənclər günü münasibətilə gənclərimizi təbrik edib.

O vurğulayıb ki, istər gənclərə, istərsə də yaşlı nəslə diqqət və qayğısını əsirgəmir, onların istənilən problemlərinin həllinə biganə qalmayaraq, səlahiyyəti çərçivəsində həllinə çalışır. Növbəti beş ildə də Yasamal seçicilərinin inamını qazanacağı təqdirdə parlamentdə Vətənini, millətini, seçicilərini layiqincə təmsil edəcəyini söyləyib.

Çıxış edən gənc seçici Ülviyyə Əliyeva Ülvi Quliyevin ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu gənclər siyasətinə yüksək şəkildə öz töhfəsini verdiyini, gənclərin hamisi olduğunu deyib.

Şəhid ailəsi Fəxranə Seyim qızı Ülvi Quliyevin hər zaman onların sosial şəraiti ilə maraqlandığını, ən həssas məqamlarda yanlarında olduğunu, daim diqqətində saxladığını, onların haqq səsini müvafiq orqanlara çatdırdığını söyləyib.

Sonda seçicilər yekdilliklə səslərini məhz alternativsiz namizədə – Ülvi Quliyevə verəcəklərini bəyan ediblər.

www.yenicag.az

502
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100