Milli Məclisə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb.
Yenicag.az xəbər verir ki, MSK-nın rəsmi saytında təşviqat üçün ayrılan açıq və qapalı yerlərin siyahısı dərc olunub.
Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq və 31-i saat 08:00-a kimi davam edəcək.