“Seçilmişəm, adım siyahıda var” – Vəfa Nağıdan iddialara CAVAB

Bələdiyyə üzvü seçilmədiyi iddia olunan Vəfa Nağı məsələyə aydınlıq gətirdi.

Bu barədə Yenicag.az-a açıqlama verən 61 saylı Neftçala Seçki Dairəsindən Xol Qaraqaşlı kəndi bələdiyyəsinə üzv seçilən Vəfa Nağı yaranmış anlaşılmazlığın səbəbinə toxunub:

“Bu məsələ dünəndən müzakirə olunur. Ancaq adım seçilənlərin siyahısında var. Sadəcə, doğum tarixində və kənd adına görə anlaşılmazlıq olub. Yenə deyirəm, seçilmişəm və adım siyahıda var”.

Səxavət Məmməd