!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçki bülletenlərinin çapına başlanıb

!Reklam – Yazi

Bu gün Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanıb.

Yenicag.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının 6 mart tarixli qərarına əsasən prezident seçkiləri ilə əlaqədar 5 milyon 347 min 803 bülleten çap olunacaq.

Seçki Məcəlləsinə uyğun olaraq bülletenlərin çap prosesi seçki gününə 10 gün qalmış, yəni aprelin 1-dək yekunlaşmalıdır. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçki bülletenlərinin dərci bir həftə ərzində yekunlaşacaq. Seçki bülletenləri seçki dairələrinə səsverməyə gününə 5 gün qalmış, seçki məntəqələrinə isə səsverməyə 3 gün qalmış çatdırılacaq.

www.yenicag.az

2635
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv