Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Seçki dairələrində müşahidə üçün müraciət müddəti sabah başa çatır

Milli Məclisə növbədənkənar seçkilərlə bağlı müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün ərizələrin müvafiq dairə seçki komissiyasına təqdim edilməsi prosesi sabah başa çatır.

 Yenicag.az Mərkəzi Seçki Komissiyasının saytına istinadən xəbər verir ki, Seçki Məcəlləsinin 1.1.19, 40.4, 40.5, 40.7-ci maddələrinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) tərəfindən müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün ərizələrin müvafiq dairə seçki komissiyasına təqdim edilməsi prosesi seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək başa çatmalıdır.

Milli Məclisə növbədənkənar seçkilərlə bağlı bu müddət fevralın 4-dək olan dövrü əhatə edir.

Loading...

www.yenicag.az

599