Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) Müstəqil Media Mərkəzi yaradılacaq.
Yenicag.az xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında sədr Məzahir Pənahov bildirib. MSK sədri qeyd edib ki, mərkəzin yaradılması ilə bağlı işlər yekunlaşmaq üzrədir.