Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb.
Müzakirələrdən sonra bəzi dairə seçki komissiyalarına yeni üzvlər seçilib.
Sonra MSK-nın bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi məsələsi müzakirə olunub. Dəyişiklik texniki xarakterlidir.