Seçki mühiti: “Ölkə ictimaiyyəti bu tarixi hadisələri müşahidə edir”

“Seçki qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq kifayət qədər rəqabətli mühit formalaşıb”.

Bunu Yenicag.az-a açıqlamasında sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rəqabət mühitinin necə formalaşdığı barədə fikirlərini səsləndirən 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, seçki prosesinin təbliğat-təşviqat mərhələsi çərçivəsində seçki qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq kifayət qədər rəqabətli mühit formalaşıb.

“Ölkə ərazisi üzrə bütün seçki dairələrində namizədlər alternativ əsaslarda öz təbliğat-təşviqat kampaniyasını aparırlar. Həmin proseslərin KİV-lərdə kifayət qədər uğurlu və rəqabətli şəkildə getdiyinin şahidiyik. Bütün ölkə ictimaiyyəti də bu tarixi hadisələri müşahidə edir”, – deyə o, bildirib.

Nəsimi Ələsgərli

COP29