Meksikanın Quanaxuato əyalətinin Selaya şəhərinin bələdiyyə sədrliyinə namizəd Gisela Qaytan sui-qəsd nəticəsində dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, Celaya şəhərinin bələdiyyə sədrliyinə namizəd Qaytan seçki kampaniyası zamanı silahla hücuma məruz qalıb.
Hücumda Gisela Qaytan həyatını itirib, 3 nəfər yaralanıb.
Hakimiyyət partiyası Milli Yeniləşmə Hərəkatının (MORENA) namizədi olan Qaytanın ölümünü hakimiyyət sui-qəsd kimi qiymətləndirib.
Meksika prezidenti Andres Manuel Lopez Obrador açıqlamasında Qaytana hücumu pisləyib.
Obrador, sözügedən hücumların çox kədərli olduğunu və bu siyasətçilərin demokratiyanı müdafiə etmək üçün mübarizə apardıqlarını bildirib.
https://twitter.com/SalvadorZA/status/1774964010221244524/video/1
Yenicag.az