Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Seçki şousu: Ermənistanda işıqlar “qəfildən” söndü

Reklam: Sinerji Pro

Ermənistanın bir neçə əyalətində seçki qutularının açılması və səslərin sayılmağa başlaması ilə elektrik enerjisi də kəsilib.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası sosial şəbəkə istifadəçilərinə istinadla məlumat paylaşıb.

Bildirilib ki, Loridə (Vanadzor, Spitak), Şirakda (Gümrü, Artik), Tavuşda (Dilican, Noyemberyan), Armavirdə (Metsamor, Armavir) və s. vilayətlərdə elektrik enerjisi yoxdur. İrəvanın da iki rayonunda işıqların qəfildən söndüyü iddia edilir.

***

Ermənistanın Elektrik Şəbəkəsindən bildirilib ki, işıqların sönməsi Gürcüstan elektrik şəbəkəsinə qoşularkən baş verib.

İddia edilib ki, iki ölkə arasında ehtiyac duyulanda elektrik enerjisinin əvəzlənməsi olur. Növbəti belə bir ehtiyac yarandığı üçün Gürcüstan şəbəkəsinə qoşulmaq istərkən açılma baş verib. Buna görə də yenidən Ermənistan enerji şəbəkəsinə qayıtmağa məcbur olublar və vilayətlərdə enerjinin verilməsi bərpa edilib.

Əgər Ermənistan elektrik şəbəkəsində heç bir problem yox idisə və yenidən “öz şəbəkələri” ilə elektrik enerjisinin verilməsi təmin edilibsə, onda niyə Gürcüstan şəbəkəsinə qoşulma ehtiyacı yaranıb?

Bu suala cavab verilməyib.

www.yenicag.az

362
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100