Azərbaycan Respublikası Prezident Seçkiləri 2018

Aprelin 11-də səhər saat 8.00-da ölkəmizin bütün ərazisində Azərbaycan Respublikası Prezidentinin seçkiləri başlayıb. Prezident postu uğrunda 8 namizəd mübarizə aparır.

Səsvermə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 5426-sı daimi fəaliyyət göstərir, 215-i Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Azərbaycanın bayrağı altında Xəzər dənizində və dünya sularında üzən gəmilərdə yaradılmış məntəqələrdir.

“Yeni qələbələrə doğru, irəli” - İlham Əliyev

Prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86.09 % səslə seçkilərdə qalib olub.

O, növbəti 7 il müddətində prezidentlik fəaliyyətini davam etdirəcək.

Dövlət televiziyası vasitəsi ilə çıxış edən ölkə başçısı seçkilərdə aktiv iştirak edən Azərbaycan xalqına təşəkkür edib.

XƏBƏRLƏR