!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Seçkidə heç bir problem görmədik”

!Reklam – Yazi

12202409_1023292807713387_257363390_nesasQara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası(QDİƏT PA) noyabrın 1-də Azərbaycanda keçirilən V çağırış Milli Məclis seçkilərindəki müşahidəçiləri mətbuat konfransı keçirib.

QDİƏT PA-nın baş katibi Asəf Hacıyev konfransı açıq elan edib və dünənki seçkilərlə bağlı fikirlərini bölüşüb, növbəti demokratik seçkilərlə bağlı Azərbaycan xalqını təbrik edib.

Daha sonra Yunanıstan Parlamentinin vitse-spikeri Simion Kedikoglou seçkilərdəki müşahidələri barədə danışıb. O, bu sahədə kifayət qədər təcrübəli olduğunu və 1989-cu ildən müxtəlif ölkələrdə seçki prosesini müşahidə etdiyini deyib: “Seçki sahəsində kifayət qədər təcrübəliyəm. Bir sıra ölkələrdə seçki müşahidəçisi olmuşam. 1989-cu ildən bu işlərdə iştirak edirəm. Azərbaycanda həm seçkilərə hazırlıq, həm seçki prosesində iştirak etdim. Söhbət etdiyimiz çoxsaylı insanlarla danışıqlarımızdan, müşahidələrimizdən onu deyə bilərəm ki, seçki heç bir qanun pozuntusu olmadan keçdi. Müşahidə etdiyimiz bütün məntəqələrdə heç bir problem görmədik. Kifayət qədər seçici fəallığı var idi”(Aznews).

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv