!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Seçkidə iştirak məsələsi Xalq Hərəkatında indidən ziddiyyətlər yaradıbsa...” – Ekspert

!Reklam – Yazi

“Yeni siyasi formatda bir araya gələn partiyaların bütün nüansları əvvəldən razılaşdırmaları lazımdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında müxalifətçi Azərbaycan Xalq Hərəkatında (AXH) birləşən partiyaların keçirilməsi ehtimal olunan növbədənkənar parlament seçkilərində iştirak məsələsinə fərqli yanaşmalarını şərh edən ekspert Əlabbas Məhərrəmov deyib.

Əlabbas Məhərrəmovun sözlərinə görə, növbədənkənar seçkilərin keçirilməsi hələlik yalnız ehtimal olsa da, bu məsələ AXH daxilində ciddi fikir ayrılıqlarını ortaya çıxarıb:

“Xalq Hərəkatının toplantılarından yayılan məlumatları izlədikdə aydın olur ki, orada bir araya gələn partiyaların mövqelərində ciddi sayılacaq fərqliliklər var.

Bu ziddiyyətlər xüsusilə, keçirilməsi proqnozlaşdırılan növbədənkənar parlament seçkiləri ilə bağlı özünü daha qabarıq göstərir. Hərəkatdakı partiyaların bir qismi istənilən halda seçkilərə qatılmağa tərəfdar olsa da, digərləri bu yanaşmaya əks mövqedə dayanırlar.

Konkret desək, Hərəkat daxilində əməkdaşlıq edən partiya sədrlərindən Əli Əliyev, Elşad Musayev, Tural Abbaslı, Fuad Əliyev və başqaları növbədənkənar seçki təyin olunarsa, orada iştirak etmək niyyətindədirlər.

AXH-nin dönəm sədri İsgəndər Həmidov və həmfikirləri isə seçkidə iştirakın əleyhinə çıxırlar, hətta bu addımı xəyanət kimi qiymətləndirirlər.

Bu çox ciddi məsələ ətrafında yaranan fikir ayrılığı Hərəkat daxilində yekdil mövqe olmadığını göstərir. Ona görə də, istənilən formatda bir araya gələn partiyaların bütün nüansları əvvəldən razılaşdırmaları lazımdır”.

A.Zeynalov

www.yenicag.az

5459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv