Seçkilərdə “exit-poll” keçirmək üçün iki təşkilat qeydə alındı

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə “exit poll” keçirmək niyyətində olan qurumların müraciətlərinə baxılıb.

Yenicag.az xəbər verir ki, məsələ barədə Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O bildirib ki, MSK uzun illərdir seçkilərdə “exit poll” keçirmək üçün müraciət edən təşkilatlara şərait yaradır.

Onun sözlərinə görə, MSK-ya müraciət edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “ORACLE ADVISORY GROUP” (Amerika Birləşmiş Ştatları) təşkilatı ilə, “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birlikdə seçkilərdə “exit poll” keçirmək niyyətindədirlər:

“Bu təşkilatlar 119 seçki dairəsinin 875 seçki məntəqəsində exit poll” keçirmək üçün müraciət edib. Onların müraciətində və sənədlərində heç bir uyğunsuzluq, hüquq pozuntusu aşkarlanmayıb. Beləliklə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqası və onun amerikalı tərəfdaşı olan quruma “exit poll” üçün şərait yaradılması qanunauyğun hesab edilib”.

Qərar səsverməyə qoyularaq, qəbul edilib.

COP29