Seçkilərdən gözləntilər: “Milli Məclisdə yeni simaların olacağı ehtimalı yüksəkdir”

“Milli Məclisdə yeni simaların olacağı ehtimalı yüksəkdir”.

Bunu Yenicag.az-a açıqlamasında sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra gözləntilərdən və mümkün dəyişikliklərdən danışan politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, yaxınlaşan seçki günündə seçicilər aktivlik göstərməlidir.

“Yeni parlament deyiriksə, tərkibdə yeni simaların olacağı ehtimalı yüksəkdir. Eyni zamanda, yeni düşüncənin gəlişi də müəyyən müsbət istiqamətləri özündə ehtiva edir. Bu mənada daha çevik və dinamik yeni parlament formalaşmalıdır. İlk növbədə gözlənti bundan ibarətdir. Ancaq daha aydın şəkildə dəyişiklik yeni parlamentin fəaliyyətə başlamasından sonra müşahidə ediləcək”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29