“Qeydə alınan namizədlərin sayının maksimum 10 nəfər həddində olacağını söyləmək mümkündür”.
Bu fikirləri 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürmüş iddialılardan neçəsinin mübarizəni davam etdirə biləcəyi haqda danışan Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında deyib.AVP sədrinin sözlərinə görə, prezident seçkilərində namizədliyini irəli sürmüş 17 şəxsdən hansının adının seçki bülleteninə düşəcəyini söyləmək tezdir:
“Lakin bu şəxslərin arasından 8-10 nəfərdən çoxunun namizədliyinin qeydə alınacağı inandırıcı deyil. Çünki namizədliyin qeydə alınması üçün bir sıra tələblər var. Bu tələbləri isə yerinə yetirmək üçün müəyyən resursların olması vacibdir.
Əlavə olaraq, 40 min seçici imzasını toplamaq heç də asan iş deyil. Bu amilləri nəzərə alaraq, qeydə alınan namizədlərin sayının maksimum 10 nəfər həddində olacağını söyləmək mümkündür”.
Nəsimi Ələsgərli