Seçkilərin ilkin nəticələri nə zaman açıqlanacaq?

MSK sədri növbədənkənar parlament seçkilərinin nəticələrinin nə zaman açıqlanacağı barədə məlumat verib.

Yenicag.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

O diqqətə çatdırıb ki, səsvermə günü də ilkin nəticələri operativ verməyə çalışırlar:

“Bu seçkilərdə də çalışacağıq ilkin nəticələri həmin gecə çatdıraq. Bu ilkin nəticələr olacaq, yekun deyil. İki gün ərzində dairələrdən protokollar bizə veriləcək”.

COP29