Seçkilərin qeydiyyat və təşviqat vaxtları açıqlandı

90889Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, bügünkü iclasın gündəliyinə “Beşinci çağırış Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı” təsdiq edilib.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, prezidentin sərəncamından sonra Seçki Məcəlləsinin tələbinə uyğun tədbirlər planı hazırlanmalıdır. Beləliklə mandatlı seçki dairələrin üzrə namizdələrin irəli sürülməsi prosesi sərəncam dərc olunduqdan sonra başlanır.

Seçkilərin müşahidə prosesi oktyabr 22-dən MSK-ya tədqim edilməlidir. Dairələr ərazisində onlar DSK-ya səsvermə gününə beş gün qalmışa kimi təqdim edilməlidir. Seçki komissiyalarının iclaslarının müşahidəsi prosesi oktyabrın 22-nə kimi olacaq. Namizədlərin qeydə alınması sentyabrın 12-dən oktyabrın 2-nə kimi imzalanıb bitəcək.

Seçkiqabağı təşviqatın aparılması səsverməyə 23 gün qalmış başlanılır. Bu da oktyabrın 9-da başlayıb oktyabrın 30-da bitəcək. Seçki məntəqələrində seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi oktyabrın 2-dək başa çatacaq.

MSK sədri bildirib ki, seçki prosesində fəaliyyət gücləndirilməlidir:

“Beynəlxalq qurumlar da MSK-nın tədbirlərində iştirak etməyə maraqlıdırlar. Azərbaycan ictimaiyyəti artıq seçki əhval ruhiyyəsini hiss edir. Medianın da bu məsələdə rolu var. Komissiya üzvləri üzərində məsuliyyət hiss edirlər. Həm seçicilər, həm də seçki subyektləri Seçki Məcəlləsinin tələbinə uyğun olaraq müraciətlərini hazırlayırlar. Bu da aparılan maarifləndirmə tədbirlərinin nəticəsidir. Aşağı seçki komissiyalarında seçki günü hansısa xoşagəlməz hallar ola bilər. Komissiyanın vəzifəsi odur ki, pozuntu hallarına adekvat cavab versin. Müşahidəçi özü gördüyünü qeydə almalıdır”.