Azərbaycanın növbədənkənar parlament seçkilərinə bir gün qalıb və bu seçkilər ölkənin siyasi səhnəsində əhəmiyyətli hadisələrdən biri kimi qəbul olunur. Seçkilərdə iştirak edən namizədlərin böyük əksəriyyəti VI çağırış Milli Məclisin hazırkı deputatlarıdır. Bununla yanaşı, namizədlər arasında tanınmış simalardan başqa, geniş ictimaiyyət tərəfindən tanınmayan şəxslərin də olması, həmçinin işsizlər və təqaüddə olan namizədlərin iştirak etməsi, seçki kampaniyasını fərqli edir.
Seçkilərin nəticələri Azərbaycanın siyasi sistemində müəyyən dəyişikliklərə səbəb ola bilər, çünki seçicilərin sosial problemlərin həllinə dair gözləntiləri yüksəkdir. Xüsusilə iqtisadi vəziyyət, sosial bərabərlik və məişət problemləri seçicilərin əsas prioritetləri arasında yer alır. Nəticədə, yeni parlamentin bu problemlərin həlli istiqamətində hansı addımları atacağı böyük maraq doğurur. Seçkilərdən sonra parlamentin tərkibi və onun siyasətə təsiri, ölkənin gələcək inkişafında mühüm rol oynaya bilər.
Yenicag.az bu seçkilərdə tanımayan namizədlərlə bağlı araşdırmaya davam edir. Bugünkü araşdırmanı Masallı, Cəlilabad, Yardımlı və Lənkəranda olan seçki dairələri üzrə davam etdiririk.
73 saylı Masallı-Cəlilabad seçki dairəsində deputatlığa namizədlərdən biri də namizədliyini VHP-dan irəli sürən VI çağırış Milli Məclisin deputatı İbrahimli Fəzail Feyruz oğludur.
Bu seçki dairəsində namizədiyini YAP-dan irəli sürən namizəd orta məktəbdə direktor müavini kimi çalışan Əliyeva Aytən Ədalət qızıdır. Sözügedən seçki dairəsində də tanınmayan xeyli sayda namizəd yer alır. Belə ki, onlar namizədliyini özü tərəfindən irəli sürən və hazırda heç bir yerdə çalışmayan Bağışov Şamxal İmaməddin oğlu, Nəzərova Lalə Qalib qızı, pensiyaçı Həsənov Elman Həsən oğludur.
74 saylı Masallı seçki dairəsində deputatlığa namizədlərdən biri də namizədliyini YAP-dan irəli sürmüş VI çağırış Milli Məclisin deputatı Məmmədov Məşhur Şahbaz oğludur. Bu seçki dairəsində də adı tanınmayan işsiz, müəllim namizədlər üstünlük təşkil edir. Belə ki, onlar namizədliyini özü tərəfindən irəli sürən Ağayeva Aysum Firdovsi qızı, Hüseynov Elşən Hüseyn oğludur.
75 saylı Yardımlı-Masallı seçki dairəsində deputatlığa namizədlərdən biri namizədliyini özü tərəfindən irəli sürülən VI çağırış Milli Məclisin deputatı Qasımlı Musa Cəfər oğludur.
Bu seçki dairəsində namizədliyini YAP-dan irəli sürən şəxs isə orta məktəbdə direktor vəzifəsində çalışan Əliyev Sərvər Məlikməmməd oğludur. Sözügedən seçki dairəsində də tanınmayan şəxslər yer alıb. Belə ki, onlar namizədliklərini özü tərəfindən irəli sürən işləməyə Nəhmətov İqbal Həmzə oğlu, orta məktəb müəllimi Bağışlı Türkanə Fizuli qızıdır.
76 saylı Lənkəran-Masallı seçki dairəsində deputatlığa namizədlərdən biri də namizədliyini YAP-dan irəli sürmüş VI çağırış Milli Məclisin deputatı Paşazadə Cavanşir Hümmət oğludur. Bu seçki dairəsində də adı tanınmayan namizədlər yer alır. Belə ki, onlar namizədliyini özü irəli sürən sahibkar Əsədov Murad Əyyar oğlu, işsiz Kazımov Fərid Zakir oğludur.
77 saylı Lənkəran şəhər seçki dairəsində namizədliyini YAP-dan irəli sürən namizəd “Lənkəran” qəzetini baş redaktoru Əliyev Əlimərdan Ələkbər oğludur. Bu seçki dairəsində işləməyən namizəd Əliyev Məmməd Ağalar oğludur.
78 saylı Lənkəran kənd seçki dairəsində deputatlığa namizədlərdən biri də namizədliyini YAP-dan irəıli sürən VI çağırış Milli Məclisin deputatı İsgəndərov Anar Camal oğludur.
Bu seçki dairəsində də işləməyən şəxslər yer alıb. Belə ki, onlar Kazımlı Tural Mayis oğlu, Səfərov Elçin Ağahəsən oğludur.
Avqustun 31-də seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyası dayandırılacağı üçün bununla da mövzunu tamamlayırıq. Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin Azərbaycan üçün xeyirli və uğurlu olmasını diləyirik.