Milli Məclisə seçkilərlə əlaqədar “exit poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciətlər daxil olub.
Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
O qeyd edib ki, bu ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası “exit poll” keçirmək üçün MSK-ya müraciət edib: “ Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının “AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə keçirəcəyi “exit poll” Azərbaycanda 118 dairə üzrə 1053 seçki məntəqəsini əhatə edəcək. Buraya 47 supervayzer cəlb edilməsi planlaşdırılır”.
Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılıb. Belə ki, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının “AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit poll” keçirəcək qurum kimi qeydə alınıb.