!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Seçkiyə getmirlərsə, demokratiyadan necə danışırlar?” – Politoloq  

!Reklam – Yazi

“Onlar əldə etdikləri imkanlar sayəsində cəmiyyətlə daha sıx təmas qura bilərlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında müxalifət düşərgəsində “11 aprel – növbədənkənar prezident seçkiləri”ndə iştirak məsələsi ətrafında səngiməyən diskussiyalara münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli

Politoloqun fikrincə, müxalifətin radikal hissəsinin seçkidə iştiraka qərar vermiş partiyalara yönələn hücumu doğru sayıla bilməz:

“Mübahisəsiz qəbul olunan bir fikri yenə təkrarlamaq istəyirəm ki, siyasi partiyaların fəaliyyətinin əsasını seçkilərdə iştirak təşkil etməlidir. O baxımdan, seçkilərə qatılmayan siyasi qurumların məşğuliyyəti ilə bağlı sualların yaranması təbiidir.

Bildiyiniz kimi, Azərbaycan müxalifətinin radikal kəsimi, o cümlədən həmin düşərgəyə mənsub müəyyən partiyalar 11 aprel seçkilərində iştirak etməməyə qərar veriblər.

Onların bəziləri bu qərarlarını boykot, digərləri isə sadəcə, seçkidə iştirak etməmək kimi formulə ediblər. Seçkiyə qatılmayan partiyalar bu qərarlarını öz bildikləri kimi əsaslandırmağa çalışıblar.

Lakin müxalifətin radikal qanadının seçkidə iştiraka qərar vermiş digər partiyaları hədəfə götürməsi doğru deyil. Çünki hər bir siyasi təşkilat öz yolunu, konkret addımlarını müəyyənləşdirməkdə sərbəstdir.

Boykotçuların seçkiyə qatılanları tənqid etmələrində bir əsas görmürəm. Yuxarıda dediyim kimi, partiyanın başlıca işi seçkidə iştirakdır. Düzdür, hazırda namizədliyini irəli sürən müxalif siyasətçilərin hakimiyyətin namizədi ilə rəqabət aparmaq imkanında olmadıqları aydındır.

Bununla belə, onlar əldə etdikləri imkanlar sayəsində cəmiyyətlə daha sıx təmas qura, öz platformalarını geniş auditoriyaya açıqlaya bilərlər. Məncə, bu imkandan istifadə olunmalıdır.

Eyni qaydada radikallar da seçkilərə qatılıb, seçki şəraitinin verdiyi üstünlüklərdən yararlanmalı idilər. Ancaq seçkiyə getmirlərsə, demokratiyadan necə danışırlar? Bu sualın cavabı qaranlıqdır”.

A. Zeynalov

www.yenicag.az

1493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv