Seçkiyə silahlı basqın

12188379_1159334120762878_1710387911_nTürkiyədə əllərində iri çaplı silahlar olan polislər səs vermənin keçirildiyi orta məktəbə basqın ediblər.

AzVision.az-ın  verdiyi məlumata görə, hadisə Cizrə vilayətində baş verib.

Belə ki, silahlı polis əməkdaşları seçki məntəqəsində zorla HDP-yə (Xalqların Demokratiyası partiyası) səs istəyən şəxsi həbs ediblər. Həmin şəxs seçiciləri qorxudaraq onlardan HDP namizədinə səs vermələrini tələb edib.

Qeyd edək ki, bu gün Türkiyə Parlamentinə seçkilər keçirilir.