Türkiyənin məşhur müğənnisi Seda Sayan özündən 16 yaş kiçik həmkarı Mehmet Erdemə aşiq olub.
Yenicag.az xəbər verir ki, bu barədə Star telekanalında yayımlanan “Duymayan Kalmasın” maqazin verilişində məlumat verilib. Demet Akalının ortaya atdığı iddianı canlı yayımda Seren Serengil təsdiqləyib. 55 yaşlı Seda Sayan yaxın dostlarına həmkarı 39 yaşlı Mehmet Erdemi çox bəyəndiyini söyləyib. Lakin, Seda Sayanın qarşılıqsız sevdiyi müğənni hal-hazırda başqasıyla münasibətdədir.
İndi isə bütün diqqətlər Mehmet Erdemin məsələyə necə münasibət göstərəcəyinə yönəlib.