Türkiyənin məşhur mafiya lideri, haqqında axtarış elan edilmiş Sedat Pekərin sözçüsü kimi tanınan Əmrə Olur haqqında məhkəmə qərarı bəlli olub.
Yenicag.az xəbər verir ki, bu barədə Olurun vəkili Ərsan Barkın sosial media hesabında paylaşım edib.
Vəkil Sedat Pekər haqqında cinayətkar qruplaşma iddiası ilə əsas iclasın keçirildiyi məhkəmədə tək müttəhim olan Əmrə Olurun sərbəst buraxılmasına qərar verildiyini bildirib.
Xatırladaq ki, haqqında müxtəlif iddialar səslənən Sedat Pekər 2021-ci il mayın 2-də “YouTube” hesabında yayımladığı ilk video ilə gündəm olmuşdu.
Bundan sonra davamlı videolar paylaşaraq ona böhtan atan şəxsləri ifşa edəcəyini, qanunsuz əməllərini gün üzünə çıxaracağını deyən Pekər Türkiyə siyasəti və ictimaiyyətini silkələməyi bacarmışdı. Hazırda üçüncü ölkədə olduğu bilinən Pekər artıq video yayımlamır.