Səddam Hüseyinin cangüdəni öldürüldü – Türkiyədə

Türkiyənin Şanlıurfa əyalətində İraqın keçmiş prezidenti Səddam Hüseynin mühafizəçisi olmuş Adnan Jerri Shmailin meyiti aşkarlanıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, 68 yaşlı keçmiş cangüdənin meyitini yaxınları tapıblar.

O, Şanlıurfa əyalətinin Mərkəzi Haliliyə rayonunun Veysel Karani məhəlləsində yaşayırmış. Meyid də yaşadığı evdən tapılıb.

Məlumata görə, İraqın keçmiş lideri Səddam Hüseyn edam edildikdən sonra A.J.Shmaili ailəsi ilə birlikdə Türkiyəyə köçüb.

COP29