!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səddam Hüseynin devrilməsinə qarşı çıxan ABŞ-nin sabiq dövlət katibi vəfat etdi - 84 yaşında

!Reklam – Yazi

ABŞ-nin keçmiş dövlət katibi Kolin Pauell 84 yaşında koronavirusdan dünyasını dəyişib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Corc Buşun (kiçik) prezident seçilməsindən sonra 2001-ci ildə dövlət katibi təyin olunan Kolin Pauell bu posta gətirilən ilk afroamerikalı kimi tarixə düşmüşdü.

Qeyd olunur ki, Pauellin vəfatı haqda məlumat ailəsi tərəfindən açıqlanıb. Açıqlamaya əsasən, Pauell tam doza peyvənd edilsə də, onun koronavirusdan sağaltmaq mümkün olmayıb.

Kolin Pauell 2003-cü ildə əlində kiçik kolba ilə BMT Təhlükəsizlik Şurasının iclasında Səddam Hüseynin kimyəvi silahdan istifadəsinə imkan verməmək üçün İraqa qoşun yeridilməsinin vacibliyinə dair çıxışı ilə də yadda qalmışdı.

Bununla belə, o, Səddam Hüseynin zorakı vasitələrlə devrilməsinin əleyhinə çıxaraq İraqdakı əməliyyatın BMT-nin sanksiyası əsasında başlamasına çağırırdı.

Kolin Pauell 2004-cü ildə – Buşun 1-ci prezidentlik dönəmi başa çatdıqdan sonra vəzifəsindən istefa vermişdi.

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv