!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səddam Hüseynin yaxtasını otelə çevirdilər

!Reklam – Yazi

İraqın sabiq prezidenti Səddam Hüseynin məşhur “Basrah Breeze” superyaxtası ilə bağlı maraqlı qərar qəbul olunub.

Yenicag.az “Reuters”ə istinadən xəbər verir ki, müharibə dövründə S.Hüseyn onu məhz ziyan dəyməməsi üçün 2003-cü ildə Səudiyyə Ərəbistanına göndərmişdi. Lakin 2010-cu ildə İraqın yeni rəhbərliyi həmin superyaxtanı Səudiyyə Ərəbistanından ölkəyə gətirmiş və 30 milyon dollara satışa çıxarmışdı. Lakin geridə qalan illər ərzində yaxtaya heç bir müştəri tapılmayıb. Bu üzdən də ölkə rəhbərliyi onu otelə çevirmək qərarına gəlib.

1981-ci ildə istifadəyə verlmiş bu yaxtada 17 kiçik qonaq kabinəsi, ekipaj üçün 18 kabin, habelə S.Hüseynin istifadə etdiyi yemək otağı, yataq otağı və digər otaqlar var.

İraq hökumətinin qərarı ilə, yaxta Bəsrədəki iraqlı dənizçilər üçün bir otel kimi xidmət edəcək. Belə ki, onlar səyahət zamanı vaxt itirməmək üçün uçuşlar arasında məhz burada istirahət edə biləcəklər.

Qeyd edək ki, 1979-cu ildən İraqa prezidentlik edən S.Hüseyn 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş və 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən asılaraq edam edilmişdi.

www.yenicag.az

2087
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv