!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sədərək bazarında quldarlıq dövrü hökm sürür? – “Bizi “dubinka” ilə döyürlər

!Reklam – Yazi

скачанные файлыRedaksiyamıza Sədərək Ticarət Mərkəzində (STM) çalışan bir qrup işçi müraciət ünvanlayıb. Bu müraciətlərində onlar STM rəhbərliyinin qanunsuz əməllərindən bəhs ediblər: “Sədərək ticarət mərkəzində araba sürən fəhlələrdən plan adı ilə gündəlik 8 manat məbləğində rüşvət alırlar. Bazar rəhbəri bu işə Məkan, Sənan və Fəxri adlı yaxınlarını cəlb edib. Onlar da bu işi “icarəyə götürüblər”.

Bu əsasda da yığılan puldan ayda 25000 manat bazar rəhbərinə “dolya” verirlər. Yerdə qalan pulu isə həmin 3 nəfər öz aralarında bölür. Ticarət mərkəzində 300 ədəd araba və onu işlədən fəhlə var. Bundan başqa mağazalardan alınan aylıq gəlir, bazar ərazisində arabalarda meyvə satanların da gündəlik olaraq verdikləri 20 manat pul da onlara çatır. Bunun nəticəsidir ki, plan adı ilə bizlərdən pul qoparan bu şəxslər qısa zamanda 3-4 ədəd avtomobilə sahib olublar. Araba sürənlərə nəzarət işi özü də bir zümrəyə aid şəxslərə verilib. Səsimizi çıxara bilmirik. Əvvəllər bir neçə dəfə narazılığımızı bildirmək istəmişik. Amma bizi polis və “dubinka” ilə qarşılayıblar. Aldığı rüşvət hesabına polis də onların tərəfini saxlayır. Səsimizi çıxaranda da deyirlər ki, istəsəniz də, istəməsəniz də budur, istəyirsiz araba sürün, istəmirsiniz sürməyin. Arabaçılar da ailələrinə çörək pulu aparmaq üçün məcburdurlar ki, onların dediyi ilə oturub-dursunlar. Manatın devalvasiyasından sonra isə işimiz daha da zəifləyib. Amma yenə də yuxarıda qeyd etdiyimiz miqdarda gündəlik haqq almaqda davam edirlər. Yəni qazandığımızı da onlara verməli oluruq. Özümüzə gündəlik 3-4 manat qalır, bununla nə edə bilərik ki? Digər bazarlarda da anoloji vəziyyət hökm sürür. Məsələn, Meyvəli bazar deyilən yerdə 400 arabaçının hər birindən gündəlik 14 manat pul alırlar. Yaşıl bazarda 7, “Vosmoy” bazardan isə 4 manat alırlar. Bir sözlə, bu tip bazarlarda tam anarxiyadır, sıravi işçiləri istədikləri kimi istismar edirlər.

Redaksiyanıza müraciət etməkdə məqsədimiz həm Sədərək Ticarət Mərkəzində baş verən özbaşınalıqları cəmiyyətə çatdırmaq, bazar rəhbərliyinin bu özbaşınalığından ölkə prezidentinin də xəbərdar olmasına nail olmaqdır. Bəlkə prezident bunları bildikdən sonra biz biçarələrə kömək etdi. Bazar rəhbərliyi bildirir ki, gedin kimə şikayət edirsiniz, edin, bizə kimsə nəsə edə bilməyəcək. Amma biz müraciət edənlər bilirik ki, ölkəmizdə bir rəhbər var və onun da sözü qanundur, hamıda buna tabedir. Xahiş edirik bizə kömək edin”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

ELÇİN

 

www.yenicag.az

842
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv