Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Sədərək" ticarət mərkəzində yanğın - 7 FHN əməkdaşı zəhərləndi - YENİLƏNDİ

Sədərək Ticarət Mərkəzində baş verən yanğın nəticəsində 7 nəfər tüstüdən zəhərlənib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, yanğınla əlaqədar hadisə yerinə 15 təcili yardım briqadası cəlb olunub. Hadisə zamanı 7 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşı tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.

***

17:22

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.​

www.yenicag.az

2150