“Sədərək” ticarət mərkəzində yanğın oldu

Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın olub.

Yenicag.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında ticarət mərkəzinin 9 və 10-cu sıraları arasındakı mağazaların birində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb ediliblər. Yanğın qısa müddətdə söndürülüb.

Faktla bağlı araşdırma aparılır./report/