“Sədərək” yandı – Fotolar (Yenilənib)

sedyansej206026“Sədərək” ticarət mərkəzində güclü yanğın başlayıb.

Yanğın hadisəsi bu gün səhər saatlarında 8-ci sırada qeydə alınıb.

Hazırda yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, əraziyə yanğınsöndürmə briqadaları və FHN-nin canlı qüvvəsi cəlb olunub.

***

Yanğının hazırda söndürüldüyü bildirilir. Dəyən ziyanla bağlı hələlik məlumat açıqlanmayıb.

***

Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Sədərək ticarət mərkəzində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***
09:57

Səhər saatlarında Sədərək Ticarət Mərkəzində baş verən yanğın artıq söndürülüb.

Bu barədə Trend-ə Sədərək Ticarət Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, yanğın ticarət mərkəzində 9-cu sırada yerləşən ayaqqabı mağazasında baş verib. Yanğının qısaqapanma nəticəsində yarandığı ehtimal edilir.