“Sədərək Yusif” Kürü belə “işğal edib” – VİDEO

Mingəçevir icra başçısı şəhərin ən strateji hissəsi, Kür çayının avarçəkmə üzrə Beynəlxalq “Prezident Kuboku reqatası keçirilən yeri “Sədərək Yusif”in “DEKA”şirkətinə satıb.

Yenicag.az xəbər verir ki, bu barədə “TV7 Azerbaijan”na Ekologiya və Təbii Sərvətlər nazirliyinin rəsmisi məlumat verib.

Onun sözlərinə görə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu ilin may ayında “Sədərək Yusif” kimi tanınan iş adamı Yusif Qədimbəyliyə təkcə şəhər üçün deyil, region üçün strateji obyekt hesab olunan Kür çayının dar hissəsinin böyük bir qismini “satıb”.

Məsələ ilə bağlı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları iyun ayında baxış keçiriblər, müvafiq akt tərtib edərək qanunsuz tikilinin dayandırılması üçün aidiyyatı qurumlara müraciət ediblər. Ancaq bu günə qədər heç bir nəticə olmayıb.

Bir sözlə Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları üzərlərinə düşən vəzifəni yerinə yetirərək, yol verilmiş qanun pozuntusuna görə müvafiq addımlar atıblar

LAKİN…

“Sədərək Yusif”in Kür çayına qarşı etdiyi ekoloji terrora görə yüzlərlə sakin Prezidentə yazılı müraciət edib, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidentdi, İDEA təşkilatının sədri Leyla Əliyevaya da müraciət ünvanlanıb. İcra başçısı və Yusif Qədimbəyli şəhərdə yeni etiraz dalğası yaradaraq şəhər sakinlərini ölkə başçısına qarşı qaldırırlar. Leyla Əliyevanın ekoloji problemlərə necə həssaslıqla yanaşdığını bütün dünya bilir. Bu mənada şəhər sakinləri bir daha ölkə başçısından və Leyla Əliyevadan imdad diləyibər. Sosial şəbəkələrdə isə #KürünİşğalınaSon başlığı ilə haştaq kampaniyasına start verilib.