!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Sədərək"də bədbəxt hadisə - Ölən var / TƏFƏRRÜAT

!Reklam – Yazi

Sədərək Ticarət Mərkəzi bazar ərazisində baş verən ölüm hadisəsinə münasibət bildirib.

Qurumun İdarə Heyətindən Yenicag.az-a verilən məlumatda bildirilir ki, baş verən hadisənin ticarət mərkəzinə heç bir aidiyyəti yoxdur:

“Ərazi olaraq hadisə “Sədərək” Ticarət Mərkəzinin sahəsində baş verib. Amma həmin ərazidəki dükan şəxsi sahibkara məxsusdur. Hadisənin baş verdiyi yük lifti isə qanunsuz quraşdırılıb. Sahibkar əgər öz mağazasında hansısa bir qaldırıcı qurğu, yük daşıyan vasitə quraşdırırsa, bunun üçün Fövqəaldə Hallar Nazirliyindən rəsmi icazə almalıdır. Sahibkar bu məqsədlə Fövqəladə Hallar Nazirliyinə müraciət edir, nazirliyin mütəxəssisləri əraziyə və qurğuya baxış keçirir, əgər qurğu standartlara cavab verirsə, həmin cihazın quraşdırılmasına icazə verilir.

Amma bu sahibkar həmin qurğunu kustar üsulla özü quraşdırdığı üçün heç bir aidiyyəti qurumdan icazə almayıb, qanunsuz hərəkətlərə yol verib. Nəticədə həmin qurğu ilə üçmərtəbəli mağazaya yük qaldırarkən tros qırılıb və bu da bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnib”.

Mərkəzdən bildiriblər ki, hazırda faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət işi başlanıb və günahkar şəxslərin müəyyənləşdirilməsi ilə bağlı istintaq aparılır.

Xatırladaq ki, yanvarın 31-də saat 10 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində üçmərtəbəli mağazada tikinti materiallarını yuxarı qaldıran zaman liftin trosunun qırılaraq səbətin yerə çırpılması nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Elsəvər Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1998-ci il təvəllüdlü Rafət Əşrəfov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv