Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Sədərəkdə kütləvi zəhərlənmə - Yumurta yeyənlər xəstəxanalıq oldu

Sədərəkdə “Meyvəli” bazarında kütləvi zəhərlənmə olub.

Yenicag.az xəbər verir ki, təcili yardıma ilk çağırış saat 10:14-də daxil olub. Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə (Semaşko) aparıb. Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib.

Təcili Tibbi Yardım briqadası o, 3 nəfəri də KTM-in yoluxucu xəstəliklə şöbəsinə aparıb. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə ,xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər.

Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Vəziyyətləri orta-ağırdır.

www.yenicag.az

1207