!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sədərəkdə mağaza qarət olundu – Fotolar

!Reklam – Yazi

15713161_846323385510966_1024568359_nDekabr ayının 23-də saat 16.30 radələrində Qaradağ rayonu Sədərək ticarət mərkəzində I korpus 11-ci sıra 20 saylı dükanda oğurluq hadisəsi baş verib.

Belə ki, mağaza sahibi alıcılarla söhbət etdiyi bir zamanda içəri daxil ola şəxs vəziyyətdən istifadə edərək oğurluq edib.

Dükan sahibi Ehtimad Hüseynovun sözlərinə görə, oğurluğu törədən Zərbalı Əhmədov əvvəllər bu dükandan aliş-veriş edib. Zərbalı pulun yerini dəqiqləşdirdikdən sonra mağazaya bir də gəlib və 850 manat pulu götürüb.

Oğurluq baş verdiyini anlayan Ehtimad Hüseynov ərazidə xidmət aparan rayon mühafizə polisi əməkdaşlarını məlumatlandırıb. Məhz onların çevikliyi nəticəsində hadisəni törədən Zərbalı Əhmədov və onun əlaltısı Ümid Qarayav tutulub. Faktla baglı Qaradağ rayon polis idarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Yeniçağ.Az

www.yenicag.az

774
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv