“Sədərək”də mağazaya basqın edildi: 30 min manat oğurlandı

Sədərək Ticarət Mərkəzində sahibkara xəsarət yetirilib.

Yenicag.az xəbər verir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Sədərək Ticarət Mərkəzində sahibkar Şakir Ağayevin başına dəmir alətlə xəsarət yetirib.

O, mağazadan 30 min manat pul götürərək qaçıb.
Araşdırma aparılır.