“Sədərək”də yeni metrostansiya açılacaq – Bu tarixə qədər / VİDEO

“Sədərək istiqamətində, Lökbatanda bizim uzaq planımızda (2030-cu ilə qədər) belə bir layihə var ki, yeni metro xətləri çəkilsin”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin Baş Mühəndisi Əlixan Osmanov bildirib.

O həmçinin əlavə edib ki, bu, həmin istiqamətdə “İçərişəhər” stansiyasının davamı olaraq metropolitenin xətlərini bir-birindən ayırmaq üçün tələb olunur.