“Sədərək”dəki yanğın bu ərazilərə də keçdi – 22 mağaza kül oldu – FOTO/VİDEO

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzindəki yanğın ayaqqabı satılan sıraya da keçib. 22 mağaza tam yanıb, 8 mağazaya isə söndürülərkən ziyan dəyib.

Hazırda yanğın söndürülsə də, qara tüstü qatı hələ də çəkilməyib. Qatı tüstüyə səbəb ayaqqabıların yanmasıdır.

Yenicag.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın nəticəsində hazırda həmin ərazidə güclü tıxac yaranıb. Şəhərə gələn avtobuslar istiqamətini dəyişib.

Hadisə yerindən ən son videonu təqdim edirik:

Cəvahir