“Sədərək”dəki yanğınla bağlı – RƏSMİ AÇIQLAMA

“Sədərək” Ticarət Mərkəzindəki yanğın artıq tam söndürülüb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

O bildirib ki, yanğın parfümeriya və digər məhsulların yığıldığı anbarda olub: “Hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə briqadaları cəlb edilib. Yanğın artıq tam söndürülüb. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də hadisə yerində olub və ən son məlumatları verib. Yanğının səbəbləri barədə yalnız araşdırma aparıldıqdan sonra bir söz demək mümkündür. Bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, “Sədərək”dəki yanğını söndürmək istəyən yeddi FHN əməkdaşı zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.

COP29