“Sədərək”dəki yanğınla bağlı YENİ XƏBƏR

Dünən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı xəstəxanaya müraciət edənlərin ümumi sayı 16 nəfər olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onların 6-na hadisə yerində yardım edilib, 10 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb:

“10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülməsində iştirak edən Fövqəladə Halar Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar”.