“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin sistemlərində ləngimənin olmasının səbəbi onun köhnə olması ilə bağlıdır.
Yenicag.az “APA-Economics”ə istinadla xəbər verir ki, bunu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev ötən ilin yekunlarına dair hesabatın təqdimatı zamanı deyib.
O bildirib ki, sistem ləngiməsinin aradan qaldırılması üçün müvafiq prosedurlar davamlı olaraq həyata keçiriləcək.