Şəfa tapmağa getdi, xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq öldü – Yenicag.Az

Reklam

Reklam

Sumqayıt şəhərində yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Ədalət Həbibov ehtiyatsızlıq nəticəsində müalicə aldığı Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinin ikinci mərtəbəsindən yıxılaraq ağır kəllə-beyin travması alıb.

Onun yıxıldığını görən şəxslər dərhal nəzarətçi həkimlərə xəbər veriblər. Yaralı ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, kişi orada dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1396
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."