!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfər Əbiyevin oğlunu Şahin Sultanovla nə birləşdirir?

!Reklam – Yazi

“Vitse-admiraldan yığdıqları milyonları, aldığı daşınmaz əmlakı istəyirlər”

Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun həbsi ilə bağlı maraqlı yanaşma mühacir həyatı sürən jurnalist Fikrət Hüseynlidən gəlib.  Yenicag.az xəbər verir ki, tanınmış jurnalist Şahin Sultanovla Səfər Əbiyevin işbirliyi barədə fakt açıqlayıb. Eyni zamanda vitse-admiralın həbsinə də münasibət bildirib.

197535_1012619931561_3053510_nO, Ş.Sultanovun həyat yoldaşı İradə Sultanovanın «Başa düşə bilmirəm ki, mənim həyat yoldaşımdan nə istəyirlər» sualına da özünəməxsus şəkildə cavab verib: “Vaxtilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun qılıncının dalı da kəsirdi qabağı da. Kəsdiyi başa sorğu-sual yox idi. Səfər Əbiyevin oğlu məhz onun yanında hərbi xidmət “keçirdi”. Azadlıq qəzeti”ndə haqqında yazılmış 3 cümlə yazıya görə çıxarmadığı hoqqa qalmadı. Qudurğan köpək kimi düşmüşdü üstümüzə. İndi tutub basıblar içəri həyat yoldaşı İradə Sultanova deyir ki, «Başa düşə bilmirəm ki, mənim həyat yoldaşımdan nə istəyirlər». Ey İradə xanım, bizdə başa düşə bilmirdik ki, sizin yoldaşınız niyə belə qudurğanlıq edir. Zamanında yoldaşınızın etdiyi hoqqalara qarşı heç olmasa, bir dəfə etiraz edib, haram yolla evə gətirdiyi puldan bircə dəfə imtina etsəydiniz, bəlkə də əriniz bir az adamlıq edib qudurğanlıqdan çəkinərdi. Amma bunu etməyibsiniz. Ona görə də əzab çəkməlisiniz. Şahin Sultanovdan isə yığdıqları milyonları, aldığı daşınmaz əmlakı istəyirlər. Versin, canını qurtarsın.

Unutmayın, həyat bumeranqdır. Etdiyiniz pislik günün birində mütləq özünüzə dönəcək”.

www.yenicag.az

757
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv