Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Səfər Qaraqoyunlu: “Rüstəm İbrahimbəyov filmi ilə aşkar xəyanət yolu tutub”

“Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun xislətinin göstəricisidir. Azərbaycan xalqı bu filmdə təhqir olunur. Şəxsi ambisiyalarını milli maraqlardan üstün tutmaqla öz xalqını aşağılamaq yolverilməzdir”.

Yenicag.az sözügedən filmə kəskin etirazını bildirən İstanbuldakı Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu deyib ki, bu filmdə Azərbaycan xalqının adət-ənənələri təhrif olunur, milli dəyərlərimizə ləkə salınır. Rüstəm İbrahimbəyovun alicənab, sülhsevər kimi təqdim etdiyi ermənilər Xocalı soyqırımını törətməklə nəyə qadir olduqlarını dünyaya göstəriblər. Əgər Rüstəm İbrahimbəyov daha dərinə getmək istəyirsə, XX əsrin əvvəllərində erməni silahlılarının Qars, İğdır, Ərdəhan, Van, Ağrı, Muş, Ərzurumda törətdikləri soyqırımlarını xatırlaya bilər.

“Biz, Türkiyədə yaşayan azərbaycanlılar Rüstəm İbrahimbəyovun bu xəyanətkar əməlini kəskin şəkildə qınayırıq. O, bundan sonra heç bir halda bu bədnam əməlinin ləkəsini üzərindən təmizləyə bilməz. Əslində o, hər zaman ermənilərin dəyirmanına su töküb. Bu filmlə isə aşkar xəyanət yolu tutub”.

www.yenicag.az

1123
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS