Krasnodarda şəhərin səfərbərlik işləri üzrə rəis müavini Stanislav Rjitski güllələnib.
Yenicag.az-ın məlumatına görə, Rjitski səhər qaçmağa çıxıb, onu “Olimp” idman kompleksinin yaxınlığında naməlum şəxs güdüb.
Sonra Rjitskinin kürəyindən və sinəsindən 4 dəfə atəş açıb və hadisə yerindən qaçıb. Zərərçəkmiş yerindəcə keçinib,
“Qətl” maddəsi ilə cinayət işi başlanıb, hücum edən şəxs axtarılır.
Qeyd edək ki. Stanislav Rjitski 2-ci dərəcəli kapitan və Krasnodar sualtı qayığının komandiri idi. Ukrayna mediası onu Ukrayna ərazisinə raket atmaqda ittiham edib.
Məsmə