Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının Şuşada məktəb tikdirməsinə rəsmi reaksiya verilib.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra Türkiyədəki bir çox qurumlar Azərbaycana dəstəklə bağlı çağırışlar edib:
“Türkiyə müharibə dövründən sonra da Azərbaycana hər cür dəstək olmaq məqsədilə səfərbər olub. Şəhid və məcburi köçkün ailələrinə kömək məqsədilə Türkiyədən Azərbaycana gələnlər var”, – deyə o qeyd edib.
Xatırladaq ki, Dövlət Baxçalı Şuşada məktəb açmaqla bağlı təklif irəli sürüb. O, “Ülkü Ocakları Eğitim ve Kültür Vakfı” tərəfindən Şuşada ibtidai sinif məktəbini inşa etdirmək niyyətində olduğunu deyib.