Səfir Ermənistan XİN-ə çağırıldı – Rusiyaya nota verildi

Rusiya səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-yayıb.

Məlumatda “”Rossiya” telekanalında yayımlanan “Vesti nedeli” proqramının 12 yanvar 2025-ci il tarixli buraxılışında Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn fikirlərlə bağlı səfir Kopırkin XİN-ə dəvət olunub. Görüş zamanı səfirə müvafiq etiraz notası verilib”, – qeyd olunub.