Səfir Hidayət Orucov Qırğızstanın hakim partiyasının rəhbəri ilə görüşüb

Qırğız Respublikasının Milli İnformasiya agentliyi olan “Kabar”ın verdiyi məlumata əsasən, 2016-cı ilin iyun ayının 14-də Səfir Hİdayət Orucovla Qırğız Respublikası Parlamentinin Sosial-Demokratik Partiyasının (SDPK) fraksiyasının lideri İsa Omurkulov ilə görüş keçirilmişdir.

Görüşün əvvəlində Səfir İsa Omurkulovu hakim SDPK fraksiyasının lideri seçilməsi ilə bağlı təbrik etmişdir.
Fraksiya rəhbəri Səfirə təşəkkür edərək Azərbaycanı çox sevdiyini, Parlamentlərimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirirək, bundan sonra özünün bu yüksələn tempin artması üçün bütün səylərini göstərəcəyini qeyd etmişdir.

Səfir Hidayət Orucov hakim partiyanın rəhbərini Azərbaycan Respublikasına rəsmi səfərə dəvət etmişdir.
Partiya rəhbəri isə öz növbəsində dəvəti böyük məmnuniyyətlə qəbul edərək qeyd etmişdir ki, Azərbaycan və Qırğızstan xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daimi olaraq inkişaf etməkdədir.
Səfir qeyd etmişdir ki, Qırğızstanla Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsi və dərinləşməsi istiqamətində son vaxtlarda çox irəliləyişlər nəzərə çarpsa da hələ mövcud potensialımızdan kifayət qədər istifadə etmirik, Bakı ilə Bişkek arasında birbaşa işbirliyi əlaqələri gücləndirilə bilər.

Səfir qeyd etmişdir ki, münasibətlərimizin inkişafı ölkə başçılarımızın maraq dairəsindədir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

http://kabar.kg/rus/politics/full/107375